Texnologiyanı real nəticələrə çevirən komanda.

Peşəkarlıq, keyfiyyət, innovativlik, etibarlılıq, səmərəlilik və kreativlik — bütün layihələrimizin əsasını təşkil edən dəyərlərdir.

MEDSYS tibbi informasiya sistemləri
MEDSYSİnnovasiya və təcrübə
Biz kimik

Mürəkkəb prosesləri sadə və idarəolunan edirik.

MEDSYS komandası olaraq ölkəmizdə təşkilatı iş həlləri sahəsində bir çox layihələri həyata keçirməklə yanaşı, yeni məhsullar yaratmış və yeni fikirləri elektronlaşdırmaqla bir çox ilkə imza atmışıq. Həmçinin, mərkəz olaraq Türkiyədə fəaliyyət göstərən, İnformasiya Texnologiyaları sektorunda öncülərdən olan “Akgün Yazılım” şirkəti ilə sıx əlaqəli şəkildə çalışırıq.

İşimiz – prosesləri avtomatlaşdırmaqla yanaşı, günümüzün innovasiyalarını tətbiq etməklə prosesləri tam avtomatlaşdırmaq, dəqiqləşdirmək və asanlaşdırmaqdır. İnformasiya texnologiyaları sahəsindəki təcrübə və bacarıqlarımızı fikir və görüşlərini yüksək tutduğumuz müştərilərimizin məmnuniyyəti yolunda səfərbər etməklə, ölkə miqyasında, beynəlxalq təcrübələrə əsaslanaraq ən yüksək keyfiyyətli həlləri tətbiq edirik.

Fəaliyyət göstərdiyimiz sahədə hər daim birinci olmaq və məqsədlərimizə keyfiyyətli şəkildə çatmaq üçün öz sahəsində professional olan mütəxəssislərlə çalışırıq, beynəlxalq təcrübəni və standartları nəzərə almaqla yanaşı, tətbiq və adaptasiya edirik.

Təklif etdiyimiz hər bir həllin layihəsində keyfiyyət, dəqiqlik, təhlükəsizlik, istifadə rahatlığı, innovativ yanaşma və müştəri resurslarına qənaəti nəzərə alaraq çalışırıq.

MEDSYS Azərbaycanda FHIR standartı ilə işləməyə başlayan ilk şirkət və bu texnologiya üzrə ölkənin ilk inteqratorudur. Müxtəlif səhiyyə informasiya sistemləri arasında təhlükəsiz və standartlaşdırılmış məlumat mübadiləsi qururuq.

Biz MEDSYS komandası olaraq peşəkarlıq, keyfiyyət, innovativlik, etibarlılıq, səmərəlilik və kreativlik dəyərlərini başlıca tutaraq yolumuza başladıq və davam edirik.

Dəyərlərimiz

Hər layihədə eyni yüksək standart.

Təcrübəli və ekspert heyət

Ekspert heyətimizlə həm Azərbaycanda, həm də xaricdə əhəmiyyətli layihələr həyata keçiririk. İşlədiyimiz şirkətlərə beynəlxalq standartlara uyğun həllər təklif edirik.

Professional həllər

Biz fərqli sektorlarla və bazar şəraitləri ilə çalışırıq. Buna uyğun olaraq fərqli ehtiyaclar üçün müxtəlif həllər təklif edirik.

ERP sistemlər

Proqram təminatı, layihə idarəetməsi, proses təkmilləşdirməsi, inteqrasiya, istehsal və anbar avtomatlaşdırılması sahəsində geniş təcrübəyə sahibik.

İnnovativ yanaşma

Günün texnologiyalarını təhlükəsiz, istifadəçi dostu və resurslara qənaət edən həllərə çeviririk.

Birlikdə daha səmərəli sistem quraq.

Layihənizi və ehtiyaclarınızı mütəxəssislərimizlə müzakirə edin.